Siciliya sahillərində yaxtanın qəzaya uğraması nəticəsində itkin düşən britaniyalı multimilyonçu Maykl Linç İsrailin kəşfiyyat xidməti "Mossad" ilə əlaqəsi olub.
Bu barədə TASS avqustun 21-də Nova agentliyinin məlumatlarına istinadən bildirib.
Xarici media mənbəsinin məlumatına görə, Linçin sahibi olduğu kompüter təhlükəsizliyi şirkəti "Darktrace" İsrail kəşfiyyat orqanları ilə əməkdaşlıq edib. Onlar öz fəaliyyətlərində, xüsusən də Fələstin HƏMAS hərəkatının liderlərinin yerini müəyyən etmək üçün şirkət tərəfindən hazırlanmış sistemlərdən istifadə ediblər.
Bundan əlavə, məlumdur ki, 2023-cü ilin martında "Darktrace" ABŞ-ın aparıcı dövlət qurumlarını, o cümlədən Pentaqonu kiberhücumlardan qorumaq üçün İT bölməsi yaradıb. "Darktrace"in əsas inkişafı süni intellekt (AI) texnologiyasına əsaslanan sistemdir.
QAZİLER.AZ