Türkiyənin xarici işlər naziri Hakan Fidan qarşı tərəfin təşəbbüsü ilə ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla danışıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, telefon danışığında HƏMAS ilə İsrail arasında atəşkəs danışıqlarındakı son vəziyyəti müzakirə edib.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli X sosial media hesabındakı paylaşımında Fidanın Blinkenlə telefon danışığı apardığını açıqlayıb.
Paylaşımda qarşı tərəfin təşəbbüsü ilə keçirilən görüşdə HƏMAS ilə İsrail arasında atəşkəs danışıqlarındakı son vəziyyət və bölgədəki hadisələrin müzakirə edildiyi bildirilib.
QAZİLER.AZ