Siciliya sahillərində britaniyalı multimilyonçu Mayk Linç və "Morgan Stanley International" maliyyə konqlomeratının direktorlar şurasının sədri Conatan Blumerin də olduğu Bayesian superyaxtasının qəzaya uğraması ilə bağlı video yayılıb.
Qaziler.az bildirir ki, "Giornale di Sicilia" tərəfindən yayımlanan videoda yaxta cəmi iki dəqiqə ərzində suyun altında yox olur.
Yaxta avqustun 19-da güclü tufan zamanı batıb. Hər iki iş adamı da daxil olmaqla 6 nəfər hələ də tapılmayıb.
Dalğıclar hələlik yalnız komanda körpüsünə baxış keçiriblər, axtarışlar çətin şəraitdə aparılır.
Bir yaşlı qız da daxil olmaqla 15 nəfər xilas edilib.
"Guardian" xəbər verir ki, xilasedicilər yaxtanın qəzaya uğraması nəticəsində itkin düşənləri sağ-salamat tapmaq şansının olmadığını düşünürlər.
QAZİLER.AZ