Rusiya-Monqolustan “Selenqa-2024” birgə təlimi çərçivəsində Monqolustanın Çoybalsan poliqonunda Rusiyanın Şərq Hərbi Dairəsinin (ŞHH) və Monqolustan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ilk təlimi keçirilib.
Qaziler.az bildirir ki, bu barədə avqustun 21-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İlk dəfə Rusiya-Monqolustan təlimlərində FPV pilotsuz uçan aparatlardan istifadə edilib, demək olar ki, bütün qoşun növləri bu təlimlərə cəlb edilib. Hər iki tərəfin hərbi qulluqçuları koordinasiyalı və mütəşəkkil şəkildə hərəkət edirlər”, - deyə taktiki qrupun rəhbəri Adam Matsiyev bildirib.
Təlim zamanı iki ölkənin hərbçiləri poliqonda relyef nəzərə alınmaqla hərəkət marşrutlarını tərtib edib, rabitə və qarşılıqlı fəaliyyətin qurulması məsələləri üzərində işləyiblər. Birgə təlimin komanda heyəti bütün iştirakçılar üçün eyni idarəetmə siqnallarını təsdiqləyib.
QAZİLER.AZ