Belçikada heyvanlarda ölümcül "mavi dil xəstəliyi" yaranıb

Belçikada heyvanlarda ölümcül "mavi dil xəstəliyi" yaranıb backend

Belçikada qoyun, keçi, iribuynuzlu mal-qara və inəklərdə “mavi dil xəstəliyi” kimi tanınan virusla əlaqəli xəstəlik yayılıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Federal Qida Agentliyinin paylaşdığı məlumatlara görə, ayın əvvəlində başlayan “mavi dil xəstəliyi” getdikcə yayılmaqdadır.

Hazırda ümumilikdə 874 baş qoyun, keçi, inək və digər iribuynuzlu mal-qara bu xəstəliyin daşıyıcısıdır ki, bunun da 544-ü flamanddilli regiondadır.

Xəstəlik xüsusilə qoyunlar arasında yayılır və bu növlər arasında ölüm halları baş verir.

Virus 500-dən çox fermaya təsir etsə də, ümumilikdə neçə heyvanın tələf olduğu hələ məlum deyil.

Virus insanlara sirayət etmir.

Xəstəliyə yoluxmuş heyvanların dilini göy rəngə çevirdiyi üçün belə adlandırılan xəstəliyə  ağcaqanad səbəb olur.

Heyvanlarda bu, yüksək hərarət, iştahsızlıq, oynaq ağrıları, laktasiya və tənəffüs problemlərinə səbəb ola bilər.

QAZİLER.AZ

Diaspora