Amerikada Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, seçilərsə, elektrik avtomobillərinin satın alınması üçün nəzərdə tutulan 7500 dollarlıq vergi güzəştini ləğv etməyi düşünəcək.
Qaziler.az xəbər verir ki, o həmçinin Teslanın baş direktoru, ixtiraçı və milyarder İlon Maskın nazir və ya müşaviri vəzifəsinə təyin etməyə hazır olacağını bildirib.
Belə ki, Tramp Pensilvaniya ştatının York şəhərində keçirilən seçki kampaniyasından sonra “Reuters” agentliyinə verdiyi müsahibəsində elektrikli avtomobillərə qoyulan kreditlərlə bağlı sualı cavablandırarkən “Vergi güzəştləri ümumiyyətlə yaxşı hal deyil”, - deyə cavab verib.
İlon Maskı məsləhətçi və ya kabinet vəzifəsinə təyin etməyi düşünüb-düşünməyəcəyi sualına isə Tramp müsbət cavab verib.
“O, çox ağıllı oğlandır. Mən təbii ki, razılaşardım. O, parlaq oğlandır”, - Tramp bildirib.
QAZİLER.AZ