Çexiya hökuməti Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirləri bir sıra Qərb ölkələrinin birgə təşəbbüsü çərçivəsində Ukrayna üçün sursat almaq üçün istifadə etməyi planlaşdırır.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Jana Çernoxova bildirib. Qeyd olunur ki, bu yolla Praqa sözügedən layihə üçün daha bir maliyyə mənbəyi əldə edib.
“Avropa İttifaqı bir neçə həftə əvvəl Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən vəsaitdən Ukraynaya sursat almaq üçün istifadə etmək təklifi ilə bizə müraciət edib”, - deyə məlumatda bildirilir.
QAZİLER.AZ