Təxminən 17 nəfər Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumlarının qurbanı olub. 70-dən çox insan xəsarətlə xəstəxanaya yerləşdirilib.
Qaziler.az bildirir ki, bu haqda TASS tibb xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
“Son məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində 17 nəfər ölüb. 140-dan çox qurbanın 75-i, o cümlədən dörd uşaq xəstəxanaya yerləşdirilib”, - agentliyin həmsöhbəti əlavə edib.
Bundan əvvəl Kursk vilayətinin qubernatoru səlahiyyətlərini icra edənin mətbuat katibi İrina Tolmaçeva bildirib ki, son 24 saat ərzində 833 nəfər sərhədyanı rayonlardan çıxarılıb. Ümumilikdə 9 ərazidən 121 min vətəndaş təxliyə edilib. Rayonda 84 müvəqqəti məskunlaşma mərkəzi fəaliyyət göstərir.
QAZİLER.AZ