İsrail hərbçiləri daha altı israilli girovun cəsədini aşkar edərək İsrailə qaytarıblar.
Qaziler.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Qendelman “Telegram” kanalında bildirib.
Onlar Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının əsirliyində ölüblər. Qeyd olunub ki, 109 İsrail vətəndaşı hələ də Qəzzada HƏMAS-ın girovluğundadır.
“İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı zamanı 2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən qaçırılan və Qəzza zolağında saxlanılan 6 girovun cəsədi tapılaraq İsrailə gətirilib”, - Gendelman açıqlayıb.
QAZİLER.AZ