Rusiya kimlərin ölkəsində xoş qarşılandığını açıqlayıb

Rusiya kimlərin ölkəsində xoş qarşılandığını açıqlayıb backend

Rusiya onun adət-ənənələrinə və mədəniyyətinə hörmət edən, digər ölkələrin qanuna tabe olan vətəndaşlar üçün açıqdır.

Qaziler.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan “RİA Novosti”yə açıqlamasında deyib.

O xatırladıb ki, ölkə cəlb etdiyi əməkçi miqrantların sayına görə birinci yerdədir.

“Rusiya qanunlarımıza və qaydalarımıza ciddi şəkildə əməl edən, yerli adət-ənənələrə və mədəniyyətə hörmət edən digər ölkələrin vətəndaşları üçün açıqdır”, - o əminliklə qeyd edib.

QAZİLER.AZ

Diaspora