Türkmənistan sərhədində "Taliban"la Əfqanıstan hərbçiləri arasında şiddətli döyüşlər başlayıb.
APA TV-nin verdiyi xəbərə görə, Fəryab əyalətinin Qormaç şəhərində nəzarəti möhkəmlətmək istəyn terrorçular ordunun müqaviməti ilə üzləşiblər.Baş verən qarşıdurmada 140 "talib"in öldürüldüyü deyilir, hərbçilərin də itki verdiyi barədə məlumat var.
Əyalətin polis rəisi Səid Ağa Əndərobi xəbəri təsdiqləyib. Onun sözlərinə görə, bir neçə yaşayış məntəqəsi "Taliban"dan geri alınıb.
"Bizə könüllülər də qoşulub, biz onları üç istiqamətdə məğlubiyyətə uğratmışıq. Mühasirəyə aldığımız terrorçular məhv edilib", - deyə o əlavə edib.
Xatırladaq ki, Əfqanıstan-Türkmənistan sərhədində döyüşlər davam edir. "Taliban"ın yerli sakinlərdən "qalxan" kimi istifadə etdiyi bildirilir.