Ukrayna ərazilərini qaytarmasa belə NATO-ya üzv ola biləcək - Çexiya lideri

Ukrayna ərazilərini qaytarmasa belə NATO-ya üzv ola biləcək - Çexiya lideri backend

Çexiya prezidenti Petr Pavel Ukraynanın itirilmiş əraziləri qaytara bilməsə belə, NATO-ya üzv ola biləcəyini etiraf edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Novinky” yazır.

Çexiya liderinin fikrincə, itirilmiş torpaqlar üzərində nəzarəti bərpa etmək Kiyev üçün Şimali Atlantika Alyansına üzvlük yolunda zəruri şərt olmaya bilər.

“Hətta hansısa inzibati sərhədin demarkasiyası olarsa, biz bu inzibati sərhədi müvəqqəti olaraq qəbul edə və Ukraynanı həmin vaxt nəzarət edəcəyi ərazidə NATO-ya qəbul edə bilərik”, - Pavel bildirib.

Avqustun 15-də NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer Şimali Atlantika Alyansına üzv ölkələrin Ukraynanın hərbi bloka daxil olmasını dəstəklədiyini açıqlayıb.

QAZİLER.AZ

Diaspora