Hindistan Putin və Zelenski ilə bağlı üzərinə missiya götürəcək

Hindistan Putin və Zelenski ilə bağlı üzərinə  missiya götürəcək backend

Hindistan Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında mesajların ötürülməsinə razılıq verib.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Vurğulanıb ki, Hindistanın baş naziri Narendra Modi Rusiya-Ukrayna münaqişəsində vasitəçi kimi çıxış etməyəcək.

Agentlik yazır ki, Hindistanın danışıqlarda vasitəçilik etmək istəməməsi onun ucuz rus nefti və silahlarından asılılığı ilə bağlıdır. Bildirilir ki, Yeni Dehli münaqişəni tənqid etməyib və müharibə başlayandan sonra Rusiya neftinin alışını rekord səviyyəyə çatdırıb.

Qeyd edək ki, avqustun 19-da Modinin Ukrayna və Polşaya səfər edəcəyi bildirilib. Səfər 2024-cü il avqustun 21-dən avqustun 23-dək baş tutacaq.

QAZİLER.AZ

Diaspora