“Qərb tərəfdaşları Rusiyaya uzaq məsafədən zərbələr endirməyə icazə versəydilər, Kursk bölgəsində əməliyyata ehtiyac qalmazdı”.
Qaziler.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərini RT sitat gətirib.
Ukrayna lideri həmçinin Qərbi silah tədarükünü gecikdirməkdə günahlandırıb və Kursk sərhəd bölgəsinə hücumu “aktiv qabaqlayıcı müdafiə” adlandırıb.
Qeyd edilib ki, bir gün əvvəl Zelenski təsdiqləmişdi ki, Ukraynanın Kursk vilayətinə müdaxiləsinin məqsədlərindən biri Rusiya ərazisində bufer zona yaratmaqdır.
QAZİLER.AZ