İsrail BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İdarəsi ilə əlaqələrini kəsib

İsrail BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İdarəsi ilə  əlaqələrini kəsib backend

İsrail Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) İdarəsi ilə əlaqələrini tamamilə kəsib.

Qaziler.az bildirir ki, bu barədə “RİA Novosti”yə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının müavini Nada Əl-Naşif bildirib.

Xanım Nada Əl-Naşif İsrailin insan haqlarını izləyən və qoruyan agentliyin İordan çayının qərb sahilindəki ofisini yenidən açmasına icazə vermədiyini söyləyib. Bundan başqa, İsrail tərəfi əməkdaşlarının Qəzza zolağına daxil olmasına icazə vermir.

Onun sözlərinə görə, OHCHR-in viza sorğularına artıq cavab verilmir və təşkilatın humanitar yardım işçiləri kimi yalnız bəzi əməkdaşları cavab ala bilər.

“Bizim artıq İsraillə siyasi əlaqələrimiz yoxdur, onlar bu əlaqələri tamamilə kəsiblər”, - deyə Əl-Naşif açlamasını yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora