Ukraynada iki hərbi komissar həbs edilib

Ukraynada iki hərbi komissar həbs edilib backend

Ukrayna məhkəməsi Kiyev vilayətinin Borispol və Buçanski rayon hərbi komissarlığının rəislərini həbs edib.

Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri ölkənin baş prokurorluğuna istinadən məlumat yayıb.

“MTK-nın iki hərbi komissarlıqları - Borispolski və Buçanski  girov hüququ olmadan həbs ediliblər”, - məlumatda deyilir.

Nəşr hesab edir ki, söhbət Buçanski rayon hərbi komissarlığının rəisi Leonid Vıkoçko və Borispol hərbi komissarlığının rəisi Sergey Rusindən gedir.

Onlar hərbi qulluqçuların səfərbərlikdən yayınmaq üçün qanunsuz sxem təşkil etməkdə şübhəli bilinirlər. Ukrayna Təhlükəsizlik Xidməti axtarışlar zamanı təqsirləndirilən şəxslərdən 1 milyon dollardan çox pul götürüldüyünü bildirib.

QAZİLER.AZ

Diaspora