“Avropada vahid ordu yaratmaq üçün fəaliyyətdə olan hərbi-sənaye kompleksi tələb olunacaq”.
Qaziler.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Aleksey Leonkov “NEWS.ru” ilə söhbətində deyib. O, hazırda NATO ölkələrinin çətin günlər keçirdiyini vurğulayıb. Onun sözlərinə görə, səfərbərlik resursları və Qərb dövlətlərində vətəndaşların orduda xidmət etmək istəyi ilə bağlı sorğu keçirmək lazımdır.
“Ordu yaratmaq üçün fəaliyyətdə olan hərbi sənaye kompleksi lazımdır, lakin indi NATO ölkələri çətin günlər keçir. Səfərbərlik resursları və bu orduda xidmət etmək istəyən Avropa vətəndaşları məsələsi də var”, - deyə Leonkov izah edib.
O, hər gün xidmət etmək istəyənlərin getdikcə daha az olduğuna aydınlıq gətirib.
“Avropa ordusunun özü elə qurulub ki, o, yalnız bir ABŞ ordusu ilə qarşılıqlı əlaqədə olur. Ümumi Avropa ordusunun yaradılması üçün bir çox məsələləri həll etmək lazımdır, bunlardan ən mühümü: kim komandanlıq edəcək: almanlar, fransızlar, yoxsa belçikalılar? Bu məsələyə gəldikdə, onlar dağılmağa başlayırlar”, - ekspert əlavə edib.
QAZİLER.AZ