İtaliyanın Siciliya adasının sahillərində 22 turisti daşıyan Britaniya bayraqlı yelkənli qayığın batması nəticəsində 7 nəfərin itkin düşdüyü bildirilib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, İtaliyanın Siciliya adasında, Palermo şəhəri sahillərində yelkənli qayıq aşıb.
Yelkənli qayığın batması nəticəsində 2-si Britaniya-Fransa, 1-i İrlandiya, 1-i Yeni Zelandiya, 1-i Şri-Lanka və 17-si Böyük Britaniya vətəndaşı olmaqla, 7 nəfərin itkin düşdüyü bildirilib.
İtaliya Sağlamlıq Təhlükəsizliyi, idarəsi İngiltərə bayrağı altında üzən 50 metrlik yelkənli qayığın batdığını, hadisədən sonra biri uşaq olmaqla 15 nəfərin xilas edildiyini açıqlayıb.
İtaliya xilasetmə idarəsinin dalğıcları sahildən yarım mil aralıda, təxminən 50 metr dərinlikdə yerləşən gəminin ətrafında axtarışlarını davam etdirirlər.
QAZİLER.AZ