Hindistan Modinin Ukraynaya səfərini təsdiqləyib

Hindistan Modinin Ukraynaya səfərini təsdiqləyib backend

Hindistanın baş naziri Narendra Modi Ukraynaya səfər edəcək. Bu məlumatı Hindistanın Xarici İşlər Nazirliyi təsdiqləyib.

Qaziler.az bildirir ki, bu barədə "Reuters" xəbər verir.

Ukraynaya səfərin tarixi hələ açıqlanmasa da, Hindistan mətbuatı onun bu həftənin sonunda baş tuta biləcəyini yazır. Eyni zamanda Hindistan Xarici İşlər Nazirliyi səfərin təfərrüatlarının avqustun 19-da açıqlanacağını bildirib.

Ukraynada müharibə başlayandan bəri Hindistan hökuməti Rusiyanın işğalını birbaşa pisləməkdən yayınıb, münaqişənin həlli üçün tərəfləri dialoqa çağırıb. Modinin iyul ayında Moskvaya səfəri Rusiyanın atəşi nəticəsində Ukraynada 30-dan çox insanın həlak olması və Kiyevdəki uşaq xəstəxanasına ciddi ziyan vurmasından qısa müddət sonra baş tutub. Bu, Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən pislənilib.

QAZİLER.AZ

Diaspora