Rusiya Federasiyasının Baş Prokurorluğu amerikalı aktyor Corc Kluni fondunun fəaliyyətini Rusiyada arzuolunmaz hesab edib.
Qaziler.az bildirir ki, bu barədə avqustun 19-da idarənin Telegram-kanalında məlumat verilib.
Təşkilatın Nyu-Yorkda yaradıldığı bildirilir. Fondun sahibləri Kluni və onun həyat yoldaşıdır.
“ABŞ-ın “Clooney Foundation for Justice” qeyri-hökumət təşkilatının (Clooney Foundation for Justice) fəaliyyəti ölkəmizdə arzuolunmaz hesab olunur”, - deyə məlumatda bildirilir.
Baş Prokurorluq hesab edir ki, fond Rusiyanı gözdən salmağa yönəlmiş işlər görür. Bundan əlavə, onlar “ölkəni tərk etmiş yalançı vətənpərvərləri” və qadağan olunmuş ekstremist birliklərin və terror təşkilatlarının üzvlərini dəstəkləyirlər.
QAZİLER.AZ