Afrika dövlətlərinin ümumi suveren borcu 1 trilyon dollara çatıb.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə BMT-nin Afrika İqtisadi Komissiyasının (UNECA) icraçı katibi Klaver Qatete bildirib.
Onun sözlərinə görə, dövlət borcu yüksək olan hər üç Afrika ölkəsindən biri hazırda ciddi maliyyə problemləri ilə üzləşir.
BMT rəsmisi qeyd edib ki, Afrikanın artan borc yükü uzunmüddətli güzəştli maliyyələşdirmə, rəsmi inkişaf yardımı və birbaşa xarici investisiyaların azaldığı bir vaxta təsadüf edir. O əlavə edib ki, iqlim dəyişikliyinin təsirləri Afrikaya çox ciddi zərbə vurur.
BMT-nin məlumatına görə, Zimbabve, Qana və Efiopiya hazırda ən çətin maliyyə vəziyyətindədir. Dövlət borcunun artması təkcə Afrika ilə məhdudlaşmır. “İFF Qlobal” borc monitorinqinin hesablamalarına görə, 2024-cü ilin birinci rübündə dünya ölkələrinin ümumi borcu 91,4 trilyon dollar təşkil edib.