HƏMAS hərəkatının girovluğunda olan israillilərin geri qaytarılması yalnız hərbi və siyasi təzyiqlə mümkün ola bilər.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"Güclü hərbi təzyiq və güclü siyasi təzyiq girovlarımızı azad etməyin yoludur", - deyə o bildirib.
Netanyahu vurğulayıb ki, Qəzza zolağında münaqişənin tezliklə sona çatması üçün xarici təzyiqlər İsrail hökumətinə deyil, HƏMAS-a yönəlməlidir.