Almaniyadakı xüsusi klinikalardan birindən 4 ruhi xəstə qaçıb.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, hadisə ötən gecə Bavariyanın Ştraubinq şəhərində baş verib.
Belə ki, ruhi xəstələr klinikanın əməkdaşlarından birinə hücum ediblər. Əməkdaş klinikanın qapısını açmağa məcbur olub. Beləliklə, 4 ruhi xəstə piyada halda Alburq şəhəri istiqamətində qaçıb.
Onların daha əvvəllər cinayətkar törətmiş təhlükəli şəxslər olduğu bildirilir. Bu barədə əhaliyə xəbərdarlıq edilib. Ruhi xəstələrin fotoları dərc olunaraq ictimai yerlərə asılıb. Sürücülərdən yolda tanımadıqları şəxsləri avtomobillərinə götürməmək, fotolardakı şəxslərdən hər hansı birini gördükdə polisə xəbər vermək tələb olunub.
Qeyd edək ki, polis həmin şəxslərin axtarışına vertolyot və xüsusi itlər cəlb edib.