Çexiyada sanitar-gigiyenik xidmətlərin çimməyə qadağa qoyduğu göllərin və kiçik çayların sayı artıb.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, qadağa indiyədək ən azı 10 regionda qüvvədə olub. Daha üç, o cümlədən Orlik və Maxovo su hövzələri, həmçinin Doksı şəhəri yaxınlığındakı göl də bağlanıb.
Çimməyin qadağan olunduğu yerlər daha çox Vısoçina bölgəsindədir.
Qeyd olunur ki, isti günlərdə siyanobakteriyaların yayılması səbəbindən suyun keyfiyyəti pisləşib.