Almaniyanın hər ikinci sakini rəqəmsal avroya etibar etmir və istifadəyə verildikdən sonra (2025-ci ilə planlaşdırılan) bu ödəniş metodundan istifadə etmək niyyətində deyil.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, sorğuda iştirak edənlər virtual valyutadan istifadə etmək istəməmələrinin bir neçə səbəbini qeyd ediblər. Əsas olanlar arasında onlayn pul kisəsinin sındırılma ehtimalı, mümkün məlumat sızması və xərcləriniz üzərində nəzarətin olmamasıdır.
Avrozonada nağd pul üstünlük verilən ödəniş üsulu olaraq qalır. 2022-ci ilin məlumatlarına görə, əməliyyatlarda istifadə edilən nağd pulun ən yüksək payı Avstriya və Sloveniyada olub - 70%-dən çox. Almaniyada bu rəqəm 60%-i keçib.