50 yaşayış məntəqəsi geri alındı

50 yaşayış məntəqəsi geri alındı backend

Suriya ordusu Hələb ətrafında başladığı hücumları gücləndirib. APA TV-nin Rusiya saytlarına istinadən verdiyi məlumata görə, daha 50 yaşayış məntəqəsi İŞİD və müxalif qruplaşmalardan təmizlənib.

"Ordumuz İdlib əyalətinin böyük hissəsini nəzarətə keçirib. Azad olunan qəsəbələrin əhalisi artıq öz evlərinə qayıtmağa başlayıblar. Lüdeha və Xadəddin yaşayış məntəqələrinin sakinləri dağılmış evlərinin təmirinə başlayırlar", - deyə Suriya Müdafiə Nazirliyindən bildirilib.

Xatırladaq ki, Suriya ordusu bu uğuru rus qırıcılarının dəstəyi ilə əldə edib.

Diaspora