Rusiya prezidenti Vladimir Putin İnquşetiya parlamentinə respublika başçısı vəzifəsinə üç namizəd təqdim edib.
QAZÌLER.AZ Publika.az-a istinaden verdiyi xebere gõre, mövcud qanunvericilik nəzərdə tutur ki, İnquşetiyada respublika rəhbəri Dövlət Dumasında təmsil olunan partiyaların təklifi ilə dövlət başçısı tərəfindən təqdim olunan namizədlər əsasında xalq məclisinin deputatları tərəfindən seçilir.
Respublika başçısı postuna Putin Xalq Məclisinin deputatları Əlixan Arapxanov və İslam Qədiyevi, eləcə də regionun hazırkı rəhbəri Mahmud-Əli Kalimatovun namizədliyini irəli sürüb.
İnquşetiyada seçkilər sentyabrın 8-də Vahid Səsvermə Günündə keçiriləcək. Bununla yanaşı, Krımda, Xantı-Mansiysk Muxtar Dairəsində və Kabardin-Balkarda da dolayı seçkilər keçiriləcək. Daha 21 regionda qubernator üçün birbaşa seçkilər keçiriləcək.