Pentaqon Suriya və İraq ərazisinə quru qoşunları çıxaracağını istisna etməyib. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, məqsəd İŞİD-ə qarşı mübarizinin gücləndirilməsidir.
"Biz yalnız hava zərbələri üzərində dayanmaq istəmirik. Artıq yerüstü əməliyyatların başlanması qaçılmaz olub", - deyə ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib.Xatırladaq ki, ABŞ Senatında məsələ ilə bağlı dinləmələr keçirilib.