Etiraz aksiyası demokratik şəraitdə keçdi - Vuçiç

Etiraz aksiyası demokratik şəraitdə keçdi - Vuçiç backend

Serbiya təhlükəsizlik qüvvələrinin nümayəndələri, Qərb ölkələrində olduğu kimi, etiraz aksiyası zamanı bütün tapşırıqlarını zorakılıq tətbiq etmədən yerinə yetirərək peşəkarlıq və səbir nümayiş etdiriblər.

QAZÌLER.AZ  Axar.az-a istinaden  xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç Baş nazirin müavini, daxili işlər naziri İvitsa Daçiçle keçirdiyi metbuat konfransında deyib.

“Etirazın özü demokratik şəraitdə keçib, bu, bizim ölkə üçün çox vacibdir, hər şey demokratik ölkələrdə və sistemlərdə olması lazım olduğu kimi idi”, - o qeyd edib.

Serbiya lideri əlavə edib ki, dəmir yolu kommunikasiyalarının və beynəlxalq magistralın bir hissəsinin bağlanması insidentləri “azlığın çoxluğa qarşı zorakılıq və terror həyata keçirməsidir”.

Diaspora