Son 24 saat ərzində 8 mindən çox insan Kursk vilayətinin sərhəd rayonlarını tərk edib.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, müvəqqəti yerləşdirmə mərkəzlərində 6 minə yaxın insan var. Onlarla Rusiya Fövqəladə Hallar Nazirliyinin Təcili Psixoloji Yardım Mərkəzinin və agentliyin regional şöbəsinin mütəxəssisləri işləyir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin regional əməliyyat qərargahındakı rəsmi nümayəndəsi Kurskda keçirilən brifinqdə qeyd edib ki, sərhəd sakinləri “müstəqil və mütəşəkkil kolonlarda” oradan ayrılıblar. Onun sözlərinə görə, bölgəyə davamlı olaraq humanitar yardımlar daxil olur: Rusiya Fövqəladə Hallar Nazirliyinin növbəti kolonları dünən gecə gəlib: “Bu gün daha beş humanitar yardım karvanının gəlməsi planlaşdırılır ki, onlar çadırlar, yataq dəstləri, həmçinin müvəqqəti yerləşdirmə məntəqələri üçün lazım olan digər avadanlıq gətirəcək”.