Böyük Britaniyanın Baş naziri ölkədəki iğtişaşlara görə tətilini ləğv edib

Böyük Britaniyanın Baş naziri ölkədəki iğtişaşlara görə tətilini ləğv edib backend

Böyük Britaniyanın baş naziri Keir Starmer ölkədə davam edən miqrantlara qarşı iğtişaşlar fonunda tətilini ləğv etməli olub.

QAZÌLER.AZ  APA-ya istinaden xəbər verir ki, etirazlar başlayandan indiyədək ölkə üzrə 779 nəfər saxlanılıb. Onlardan 359 nümayişçi ictimai asayişi pozmaqda ittiham olunub.

Böyük Britaniyanın onlarla şəhərində iğtişaşlara çevrilən etirazlar 10 gündən artıqdır ki, davam edir. İğtişaşlara səbəb Southport şəhərində baş vermiş faciə olub. İyulun 29-da 17 yaşlı yeniyetmə Aksel Rudakubana uşaq rəqsi üzrə dərsin iştirakçılarına bıçaqla hücum edib. Hadisə zamanı üç qız həlak olub, daha səkkiz uşaq və iki böyük də yaralanıb.

Hücum edən şəxs saxlanılıb. “The Times” qəzetinin yazdığına görə, Rudakubananın kökləri Ruandalıdır. Ailəsi vətənlərindəki soyqırımdan Böyük Britaniyaya qaçıb.

Qeyd edək ki, sksiyalar zamanı onlarla hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, bir neçə mağaza, polis məntəqəsi və avtomobil yandırılıb.

 

Diaspora