ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki qərargahı hakerlər tərəfindən sındırılıb.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, ABŞ-a düşmən olan xarici hakerlər qərargahın daxili yazışmalarına icazəsiz giriş əldə ediblər.
Hücumda İrandan olan hakerlər şübhəli bilinir.
Jurnalistlər Trampın seçki kampaniyası ilə bağlı sənədləri iyulun 22-dən naməlum şəxslərdən almağa başlayıblar.
"Bu sənədlər 2024-cü il seçkilərinə müdaxilə etmək və bütün demokratik prosesə xaos səpmək üçün ABŞ-a düşmən olan xarici mənbələrdən qeyri-qanuni yolla əldə edilib", - ABŞ-ın keçmiş prezidentinin seçki kampaniyasının kommunikasiyalar üzrə direktoru Stiven Çunq "Axios"a bildirib.
O əlavə edib ki, "Microsoft" hesabatında iranlı hakerlərin 2024-cü ilin iyununda yüksək rütbəli amerikalı məmurun hesabını sındırdığını göstərib.
Bundan əvvəl Microsoft korporasiyası İranla əlaqəli haker qruplarının bu ilin noyabrında keçiriləcək Amerika seçkilərinə müdaxilə kampaniyasına başladığını açıqlamışdı