Rusiyanın Kursk, Bryansk və Belqorod vilayətlərində vətəndaşların təhlükəsizliyini təmin etmək və Kiyev rejimi tərəfindən Rusiya Federasiyasının regionlarında sabitliyi pozmağa cəhd edən terror aktlarının qarşısını almaq məqsədilə antiterror əməliyyatı rejimi tətbiq edilib.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsinin informasiya mərkəzi məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Kursk vilayəti ərazisində törətdiyi terror aktının nəticəsi olaraq mülki əhali arasında itkilər, yaşayış binalarının və digər mülki obyektlərdə dağıntılar baş verib. Məhz buna görə də Terrorla Mübarizə Komitəsinin rəhbəri, Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov Belqorod, Bryansk və Kursk vilayətlərində antiterror əməliyyatları təşkil etmək qərarına gəlib.
Adıçəkilən vilayətlərdə antiterror əməliyyatı rejimnin tətbiq edildiyi və müvəqqəti məhdudiyyətlər qoyulduğu vurğulanıb.