Türkiyə Silahlı Qüvvələri 6 aya yaxındır ki, Hakkarinin Yükselova vilayətində PKK terror təşkilatına qarşı geniş miqyaslı əməliyyat keçirir. APA TV-nin "CNN Türk"ə istinadən xəbərini görə, ard-arda keçirilən əməliyyatlar nəticəsində PKK terror təşkilatına böyük zərbə vurulub. Yayılan xəbərlərə görə, hazırda terror təşkilatına rəhbərlik edən Murad Karayılan Suriyaya qaçıb.
Qeyd edək ki, Hakkaridəki İkiyaka dağları terrorçuların Türkiyəyə keçid məntəqəsi olub. Bu bölgədəki mağaraları isə terrorçular yaşayış yeri və silah anbarı kimi istifadə ediblər.Türk Silahlı Qüvvələrinin bir aylıq gərgin hərbi əməliyyatında 2 hərbi hissə və 20 özəl qüvvələr taborunun ümumilikdə 6 min əsgəri iştirak edib. Nəticədə İkiyaka dağlarındakı terroristlərin 90%-i zərərsizləşdirilib. Hazırda türk əsgərləri bölgədəki 15 yüksəkliyə nəzarəti ələ keçiriblər.