ABŞ İsrailə ÇAĞIRIŞ ETDİ: Qəzzada təcili...

ABŞ İsrailə ÇAĞIRIŞ ETDİ: Qəzzada təcili... backend

ABŞ dövlət katibi Entoni Blinken İsrailin müdafiə naziri Yoav Qalantla söhbətində Qəzza zolağında təcili atəşkəsə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti avqustun 10-da öz saytında məlumat yayıb.

Departamentə görə, atəşkəs girovların azad edilməsini təmin edəcək, humanitar yardımın artırılmasına və daha böyük regional sabitliyə şərait yaradacaq. Həmçinin həm israilli, həm də livanlı ailələrin öz evlərinə qayıtmasına imkan verəcək.

Bundan əlavə, Blinken bir daha ABŞ-ın İsrailin təhlükəsizliyini təmin etmək öhdəliyini təsdiqləyib.

Diaspora