ABŞ Dövlət katibi Antoni Blinken G7 ölkələrinin xarici işlər nazirləri ilə Yaxın Şərqdəki vəziyyətin deeskalasiyası üçün təcili addımları müzakirə edib.
QAZÌLER.AZ AZƏRTAC-a istinaden bildirir ki, xarici siyasət idarəsi rəhbərləri girovların azad edilməsi və Qəzzaya humanitar yardımın çatdırlmasını təmin edən atəşkəsin əldə olunması üçün səyləri müzakirə ediblər. Onlar Qəzzada atəşkəsin regionda, o cümlədən Mavi Xətt (Livanı İsrail və Colan yüksəkliklərindən ayıran demarkasiya xətti) boyunca daha böyük sülh və stabilliyə yol açacağını bildiriblər. G7 ölkələri İsrailin təhlükəsizliyi ilə bağlı öhdəliklərini bir daha bəyan edib və tərəfləri münaqişənin eskalasiyasından maksimum çəkinməyə çağırıb.