“Debbi” fəsadlara yol açdı

“Debbi” fəsadlara yol açdı backend

Avqustun 3-də Kuba sahillərində formalaşan “Debbi” tropik qasırğası Meksika körfəzi istiqamətində hərəkət edir.

QAZĨLER.AZ  Lent.az-a istinaden xəbər verir ki,  qasırğa Kubanın mərkəzində və qərbində güclü leysan yağışla müşahidə olunub, paytaxt Havananın müxtəlif rayonlarında elektrik enerjisinin verilişi dayanıb. “Debbi” qasırğası saniyədə 6,7 m sürətlə şimal-qərb istiqamətində hərəkət edir.

Meteoroloqlar 12-24 saat ərzində qasırğanın Kubadan uzaqlaşacağını, bazar günü günorta saatlarında ölkənin mərkəzində, gün ərzində isə ölkənin qərbində yağışların intensivliyinin azalacağını proqnozlaşdırırlar.

Diaspora