Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarından Livanı təcili tərk etmələrini istəyib.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, Səudiyyə Ərəbistanı bəyanat yayaraq, vətəndaşlarını bu ölkəyə səyahət qadağasına ciddi yanaşmağa çağırıb.
Bəyanatda Səudiyyə Ərəbistanı vətəndaşlarından fövqəladə hallar baş verərsə, gələcək tədbirlər üçün səfirliklə əlaqə saxlamaları istənilib.
Qeyd edək ki, indiyədək dünyanın bir sıra ölkələri regionda gərginliyin artması ehtimalı ilə bağlı öz vətəndaşlarından Livanı tərk etmələrini istəyib.