Bir müddət əvvəl Ermənistana girişinə qadağa qoyulduğuna görə Zvartnots hava limanında 40 gündən çox aclıq edən və nəhayət, geri göndərilən erməni əsilli Fransa jurnalisti Leo Nikolyan həbs edilib.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, Fransa mediası onun ictimai nəqliyyatda yəhudi sərnişini ələ saldığına görə həbs edildiyini yazıb.
Erməni jurnalist avqustun 22-nə təyin edilmiş məhkəmə iclasına qədər həbsdə qalacaq. Nikolyanın sonrakı taleyinə məhkəmə qərar verəcək.