Banqladeşdə gəmi-bərənin qəzaya uğraması nəticəsində azı 66 nəfər ölüb.
QAZİLƏR saytının Sinxua agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Padma çayında baş verib. Gəmi-bərə traulerlə toqquşaraq çevrilib. Hadisə Dəkkə şəhərinini 70 kilometrliyində baş verib. Bərədə ümumilikdə 150-dən çox adam olub. Azı 50 sərnişin xilas edilib. Ölənlərdən çoxu qadın və uşaqlardır. Axtarılar davam edir.Banqladeşdə gəmi-bərə batıb: 66 ölü

