“Hizbullah” bu dəfə təkcə hərbi hədəfləri seçməyəcək: "yazılmamış anlaşma" pozuldu

“Hizbullah” bu dəfə təkcə hərbi hədəfləri seçməyəcək: "yazılmamış anlaşma" pozuldu backend

Livanın “Hizbullah” hərəkatı Beyruta edilən hücuma cavab olaraq təkcə hərbi hədəfləri seçməyərək, İsrail ərazisinin dərinliklərinə zərbələr endirə bilər.

QAZÌLER.AZ Publika.az-a istinaden  xəbər verir ki, bu fikri İranın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşı bildirib.

Onun sözlərinə görə, indiyə qədər hərbi əməliyyatlarla bağlı “Hizbullah” ilə İsrail arasında yazılmamış anlaşma var idi:

“Bu o demək idi ki, onlar sərhəd bölgələrində, ölkənin dərinliklərində olmayan ərazilərə, əsasən hərbi hədəflərə qarşı addımlar atırdılar. Bununla belə, İsrailin Dahiya bölgəsindəki yaşayış binasını bombalaması bu razılaşmanın üzərindən xətt çəkib. Biz gözləyirik ki, “Hizbullah” yalnız hərbi hədəflər və üsullarla məhdudlaşmayaraq, daha uzaq məsafələrdəki geniş çeşidli hədəfləri seçərək cavab verəcək”.

Diaspora