ABŞ uşaqlara görə "TikTok"u məhkəməyə verib

ABŞ uşaqlara görə "TikTok"u məhkəməyə verib backend

ABŞ Ədliyyə Nazirliyi 13 yaşından kiçik uşaqların şəxsi məlumatlarının toplanması ilə bağlı “TikTok” sosial şəbəkəsini məhkəməyə verib.

Qaziler.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.

Amerika səlahiyyətliləri hesab edir ki, sosial şəbəkə qanundan yan keçərək 13 yaşdan kiçik uşaqlara hesab yaratmağa icazə verib və hətta “uşaq rejimində” olan tətbiq şəxsi məlumatları toplayıb.

Qeyd olunur ki, “TikTok” nümayəndələri hesabın böyüklərə, yoxsa uşağa aid olduğunu yoxlamaq üçün cəmi beş-yeddi saniyə sərf ediblər.

QAZİLER.AZ

Diaspora