Yaxın Şərqdə eskalasiya istiqamətində yeni addımlar atacağı təqdirdə ABŞ İsraili dəstəkləməkdən imtina edə bilər.
Qaziler.az xəbər verir ki, bu barədə “Axios” portalı Amerika rəsmilərinə istinadən xəbər verir.
Nəşr qeyd edir ki, ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu arasında sərt formada şəxsi söhbət olub. Orada Amerika lideri İsraili regionda gərginliyin artmasına son qoymağa və atəşkəs razılaşması və girovların azad edilməsinin müzakirəsinə keçməyə çağırıb.
QAZİLER.AZ