Finlandiya süni ətin qlobal tədarükçüsü ola bilər

Finlandiya süni ətin qlobal tədarükçüsü ola bilər backend

Finlandiyanın Lappeenranta şəhərində yerləşən “Synbio Powerlabs” şirkəti süni ətin qlobal tədarükçüsü olmağı planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə şirkətin menecerlərindən biri Alexandro Antaliç “Yle”yə danışıb.

Qeyd edib ki, süni ət sənaye miqyasında istehsal edilərək ilk tədarükü 2025-ci ilin sonunda Yaxın Şərqə mümkün olacaq.

"Bu, dünya miqyasında bu sahədə ən böyük istehsal olacaq", - Antaliç deyib.

2024-cü ilin sonunda hasilata başlanılması, 2025-ci ilin sonunadək on ton məhsuldarlığa çatması planlaşdırılır. Sertifikatlaşdırma və lazımi icazələrin olmaması səbəbindən süni ətin Aİ ölkələrində satışı hələlik mümkün deyil.

Süni ət laboratoriyada heyvan hüceyrələrinin kulturasından yetişdirilən məhsuldur.

QAZİLER.AZ

Diaspora