2024-cü ilin yanvar-iyun aylarında İspaniyaya xaricdən rekord sayda turist gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə Krallığın Milli Statistika İnstitutu məlumat yayıb.
Onun sözlərinə görə, altı ayda ölkədə 42,5 milyon əcnəbi qəbul edilib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 13,3% çoxdur. İspaniyaya gələnlər arasında ən populyarı Böyük Britaniya, Fransa və Almaniyadan gələn turistlərdir. Yanvar-iyun aylarında xaricdən gələn qonaqların ümumi xərcləri 2023-cü ilin birinci yarısından 20,6% artaraq rekord 55,57 milyard avro təşkil edib.
Bundan əvvəl İspaniyanın bəzi şəhərlərində kütləvi turizmə qarşı böyük etiraz aksiyaları keçirilib. Nümayişlərdə iştirak edənlər turizmə məhdudiyyətlərin tətbiq edilməsini müdafiə ediblər və həmçinin bildiriblər ki, səyahətçilərin kütləvi şəkildə gəlişi mənzil qiymətlərinin artmasına səbəb olur.
QAZİLER.AZ