Fələstinin radikal islami HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrail tərəfindən təşkil edildiyi iddia edilən qətli Baş nazir Binyamin Netanyahunun Qolan təpələrinin atəşə tutulmasına cavabı olub.
Qaziler.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Boris Dolqov “RİA Novosti” ilə bölüşüb. Mütəxəssisin fikrincə, Bibi bununla da gücünü nümayiş etdirib.
“İsrail rəhbərliyi cavab verəcəyini vəd edib və sözünün üstündə durub. Bununla Netanyahu hələ də güclü lider olduğunu, ölkəsini müdafiə etməyə hazır olduğunu göstərdi. Bu, onun üçün vacibdir, çünki əhalinin bir çoxunun baş nazirə münasibəti mənfidir. Belə bir nümayişin nəticəsində İran və onun müttəfiqlərinin İsrailin bəzi əhəmiyyətli hədəflərinə kütləvi raket hücumu olacaq”, - ekspert bildirib.
QAZİLER.AZ