Finlandiya Rusiya ilə sərhədin açılmasını qeyri-mümkün adlandırdı

Finlandiya Rusiya ilə sərhədin açılmasını qeyri-mümkün adlandırdı backend

“Hazırda Finlandiyanın Rusiya ilə sərhədi açmaq imkanı yoxdur”.

Qaziler.az xəbər verir ki, bu fikirləri Finlandiyanın Baş naziri Petteri Orpo “İltalehti”yə müsahibəsində deyib. Onun sözlərinə görə, bu, ilin əvvəlində müşahidə olunan “xaosa” gətirib çıxara bilər. Bununla belə, o, müəyyən şərtlərlə sığınacaq müraciətlərinin qəbulunu məhdudlaşdıran sərhəd qanununun olmasından məmnun olduğunu bildirib.

“Hazırda hesab edirəm ki, Rusiya ilə sərhədi açmaq imkanı yoxdur. Əgər bu, ilin əvvəlində, keçidləri qısa müddətə açanda gördüyümüz xaosa gətirib çıxararsa, buna icazə verilə bilməz”, - Orpo bildirib.

QAZİLER.AZ

Diaspora