HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə Qətərdə dəfn edilib

HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə Qətərdə dəfn edilib backend

Tehranda öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Dohanın şimalında, Lusail şəhərindəki qəbiristanlıqda dəfn edilib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Dəfn mərasimində Qətər kral ailəsinin üzvləri və Haniyənin öz ailə üzvləri, rəsmilər, o cümlədən İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref və Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak ediblər.

Mərasimdə İslam ölkələrindən onlarla dövlət rəsmilərinin iştirakı ilə əlaqədar təhlükəsizlik tədbirləri xeyli gücləndirilib.

Diaspora