Belarus Xarici İşlər Nazirliyində Rusiya hərbi bazasının ölkə ərazisində yerləşdirilməsinin mənasız olduğunu təsdiqləyiblər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Kommersant” məlumat yayıb.
“Bizim fikrimizcə, hazırkı vəziyyətdə, Ukrayna böhranı və Suriyadakı vəziyyət də daxil olmaqla operativ həlli tələb olunan başqa məsələlərin olduğu halda, Belarusda bazanın yerləşdirilməsinə dair söhbətlərin aparılmasına heç bir ehtiyac yoxdur”, deyə XİN rəhbəri Vladimir Makey bildirib.Bundan əvvəl ölkənin müdafiə naziri Andrey Ravkov belə bir təşəbbüsün mənasız olduğunu bildirmişdi.