Mübadilə zamanı azad olunan Krasikov Putinin mühafizəçisi olub - WSJ

Mübadilə zamanı azad olunan Krasikov Putinin mühafizəçisi olub -  WSJ backend

Qərblə Rusiya arasında əsir mübadiləsi zamanı azad edilən qatil Vadim Krasikov diktator Vladimir Putinə yaxındır. Ola bilsin ki, 1990-cı illərdə onun mühafizəçisi olub.

Qaziler.az bildirir ki, bu barədə "The Wall Street Journal"a istinadən xəbər verir.

Qeyd edildiyi kimi, onlar Almaniyada ömürlük həbs cəzası çəkən Krasikovu iki il Rusiyaya qaytarmağa çalışıblar. Qərb kəşfiyyat orqanları hesab edirdilər ki, Putinin Krasikovun qayıtmasında israrlı olması onların yaxın olmaları ilə izah olunur.

Güman edilir ki, diktatorla qatilin bir-birini tanıması Putinin Sankt-Peterburq merinin müavini (1994), Krasikovun isə onun cangüdəni olduğu vaxtlara təsadüf edir.

Krasikovun ikinci arvadının qardaşının dediyinə görə, o, Putinlə o qədər yaxın olublar ki, atışma poliqonunu birlikdə ziyarət ediblər. O, ailəsinə deyib ki, Putin guya yaxşı atıcıdır.

QAZİLER.AZ

 

Diaspora